Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bədənimiz bir pərdədir

Bədənimiz bir pərdədir

Tarix: 27 Dekabr 2023 06:02

Tamamilə aydındır ki, təbiət aləminin maddi cismi insanın gözünə çökmüş qalın hicab, keçilməz və möhkəm pərdədir. Yalnız ölmək, bu maddi dünyadan çıxmaqlabu pərdə kənara çəkilə bilər və insan bu vaxtadək görmədiklərini görə bilər. "Sən bundan qafil idin. Artıq bu gün gözündən pərdəni götürdük. Sən bu gün sərrast görürsən."
Mən bir halda dünyadan getdim ki, gördüm dayanmı şam və bədənimdəki xəstəlik yox olub, sağlamam. Yaxınlarım cənazəmin ətrafında mənim üçün ağlayır, mən də onlar ağladıqları üçün qəmginəm. Onlara deyirəm ki, "mən ölməmişəm, xəstəlikdən qurtulmuşam."Amma kimsə mənim sözlərimə qulaq asmır. Sanki məni görmürlər, səsimi eşitmirlər. Anladım ki, onlar məndən uzaqdırlar. Cənazəylə olan tanışlıq və dostluqdan dayanıb, gözümü çılpaq olan sol çiyninə dikmişdim. Qusl və başqa işlərdən sonra cənazəni qəbiristana tərəf apardılar.

Mən də dəfn edənlərlə yanaşı getdim. Onların arasında bəzi vəhşi canlıları, qeyri-adi yırtıcıları görüb dəhşətə gəlmişdim.

Amma başqaları onlardan çəkinmir, onlar da başqalarına dəymirdilər. Sanki əhliləşmişdilər. Elə ki, cənazəni gora endirdilər, mən də gorda dayanıb tamaşa edirdim. Bu zaman məni qəribə bir dəhşət bürüdü. Xüsusilə o zaman ki...

Qəbirdə

...gördüm qəbirdə cürbəcür heyvanlar peyda oldular və cənazəyə hücum etdilər. Cənazəni qəbirdə yerləşdirən adam onlara dəymədi, onları görmürmüş kimi qəbirdən çıxdı.

Cənazəyə əlaqəm olduğundan qəbrə girdim ki, bu heyvanları bayıra çıxaram. Lakin onlar çoxalıb, mənə qalib gəldilər. Bir tərəfdəndə elə qorxuya düşmüşdüm ki, bütün bədənim əsirdi. Camaatdan kömək istədim, amma bir kəs dadıma çatmadı. Hərə öz işinə məşğuldu və qəbirdəki həngamədən xəbərsizdi.

Qəfildən qəbirdə başqa şəxslər peyda oldular və mənə kömək etdilər. Heyvanlar qaçdılar. Onların adlarını soruşmaq istəyirdim ki, dedilər...

"Yaxşı əməllər pis işləri yuyub aparar." və görünməz oldular...

Bu həngamədən sonra gördüm ki, adamlar qəbri doldurub, məni dar və qaranlıq qəbirdə qoyublar. İndi isə evlərinə tərəf gedirlər. Hətta qohumlar, dostlar, gecə-gündüz qulluğunda durduğum arvad-uşaq da məni tək qoydular. Onların vəfasızlığından, qəbrin qorxu və dəhşətindən, tənhalıqdan elə qəmləndim ki, az qala bağrım yarıla.

Fövqəladə qürbət və dəhşətdə, Allahdan başqalarından əlimi üzdüyüm halda cənazənin başı üstə oturdum. Qəbir lərzəyə gəlirdi. Gorun divar və tavanından torpaq tökülürdü. Xüsusilə qəbrin aşağısında silkələnmə güclü idi. Elə bil bir heyvan oranı yarıb qəbrə daxil olmaq istəyirdi. Nəhayət, həmin yer yarıldı və gördüm.


Etiketlər:  Bədənimiz pərdədir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ