Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hisslərlə deyil, əqllə seçim edin

Hisslərlə deyil, əqllə seçim edin

Tarix: 28 Dekabr 2023 04:02

Hər birimiz çox sayda insanın sevgi bağları ilə evlənib, nifrət bağları ilə ayrıldığının dəfələrlə şahidi olmuşuq. Bu cür ailələrdə ən çox ziyan çəkən tərəf uşaqlar olmuşdur.

Lakin elə ailələr də vardır ki, evlənməklərindən uzun zaman keçməsinə baxmayaraq, sevgiləri heç də azalmamışdır, əksinə çoxalmışdır. Heç indiyə qədər bunun səbəbi haqqında düşünmüsünüz? Niyə bəzən sevgi nifrətə, gülüş göz yaşına çevrilir?

Günahı başqalarının boynuna atmayaq və deməyək ki, bu, bizim taleyimiz idi. Xeyr, biz özümüz təqsirkarıq. Çünki evlənməzdən əvvəl yolumuzü düz seçməmişik. Hansı həyatın düzgün olduğunu bilməmişik.

Alimlərdən biri deyir: "Ən böyük hünər - yaxşı yaşamağı bacarmaq hünəridir. O həyat ki, səmimiyyət və eşqlə doludur. Bu həyat isə ancaq ağıl və məntiqlə edilən seçimlə mümkündür".

Çox təəssüf ki, bu günün cavanları üçün seçim deyil, yaxşı həyat yoldaşı olmaq mühüm sayılır. Cavanlarımız xoşbəxt həyatın əsl mehvərinin düzgün seçim təşkil etdiyini unudurlar. Ona görə də peşman olur və tez bir zamanda boşanırlar. Bu cür cavanlarda eşqdən söhbət düşəndə, ağılları donub qalar. Hər kim aşiq olar, hisslərinə görə hökm verər. Məntiq işə yaramaz. Çünki aşiq üçün məhbubu bütün hər şeydən üstündür. O, hər yana baxsa, ancaq gözəllik görər. Əgər həyatda xoşbəxt ailəyə malik olmaq istəyirsinizsə, seçiminizi ağıl və məntiq üzərindən edin.

Yadıma gəlir ki, rəfiqələrimdən birinə bir elçi düşmüşdü və çox yaxşı ailədən olan əxlaqlı bir oğlan idi. Lakin rəfiqəm düşünmədən ona "yox" cavabını vermişdi. Ondan bunun səbəbini soruşanda dedi ki, mənim meyarlarımla uyğun deyildir. Soruşdum ki, bəs sənin meyarların nədir? Mənə elə bir həyat yoldaşını təsvir etdi ki, indiyə qədər dünyaya hələ beləsi gəlməmişdi. Gözəlliyi Yusif (ə) peyğəmbərə bənzəməli, sərvəti Süleyman (ə) peyğəmbərə, biliyi və elmi İslam Peyğəmbərinə (s). İndi onun 35 yaşı vardır və hələ də subaydır və ərə getməmişdir.

Ona görə də cavanlar gərək evlənməzdən əvvəl bir qələm və kağız götürsünlər. Özlərini bu vərəqdə ölçüb-biçsinlər. Əvvəl öz zahiri gözəlliyi haqqında nəzərini yazsın. Ondan sonra öz eyb və nöqsanlarını yadına salsın. Sonra da arzu etdiyi gələcək həyat yoldaşını necə görmək istədiyini. Əgər özü haqqında yazdıqları xəyal etdiyi həyat yoldaşı ilə uyğun gəlirsə, o zaman deməli həmin şəxsin axtarışında olmağı düzgün fikirdir Əks halda bir düşünsün. Əgər öz boyu balacadırsa və zahiri cəhətdən gözəl deyilsə, kök və ya çox arıqdırsa, o zaman gözəl və boyu uca olan qız axtarşında olmağı məntiqsiz olardı. Əgər öz eyblərinizi gördüyünüz halda qarşı tərəfin eybsiz olduğunu istəyirsinizsə, sizin üçün həyat çətin olacaqdır.

Hər kəs öz əxlaqını bilir və tanıyar. Çox yeyəndir, yoxsa az. Kobuddur, yoxsa mülayim. Vasvasıdır, yoxsa yox. Əsəbidir, yoxsa sakit insandır.
Yadda saxlayın ki, bu mövzularda özünüzlə düz rəftar etməli və özünüzü aldatmamalısınız. Çünki siz əgər özünüzü tanımasanız, gələcək həyat yoldaşınızı da tanıya bilməyəcəksiniz. Hər kəsə kələk gələ bilərsən, ancaq özünə deyil.


Etiketlər:  Hisslərlə deyil əqllə seçim edin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ