Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dəqiqləşdi: Şevçenko prezident olacaq

Dəqiqləşdi: Şevçenko prezident olacaq

Tarix: 28 Dekabr 2023 18:38

Ukrayna Futbol Assosiasiyasının növbədənkənar XXVI Konqresinin nümayəndələrinin səlahiyyətlərinin müəyyən edilməsi üçün qeydiyyat komissiyasının iclası keçirilib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, iclas zamanı müəyyən edilib ki, qurumun prezidenti vəzifəsinə namizəd irəli sürmək hüququ olan UAF-ın bütün daimi üzvləri bu məsələ ilə bağlı öz rəhbər orqanlarına protokolları təqdim ediblər. Bütün protokollarda UAF prezidenti vəzifəsinə Andrey Şevçenkonun namizədliyi irəli sürülüb.

İşçi qrupu belə qənaətə gəlib ki, Şevçenkonun namizədliyi UAF prezidenti seçilmək üçün Nizamnamə ilə müəyyən edilmiş tələb və meyarlara cavab verir. Həmçinin, qurumun nizamnaməsinə əsasən, prezidenti seçkilərində iştirak etmək üçün namizəddən yazılı razılıq alınıb.

Beləliklə, Andrey Şevçenko Ukrayna Futbol Assosiasiyasının 2024-cü il yanvarın 25-də keçirilməsi nəzərdə tutulan növbədənkənar XXVI Konqresində UAF prezidenti vəzifəsinə seçilmək üçün yeganə namizəddir.

Komissiyanın və işçi qrupunun iclaslarının nəticələri barədə FİFA və UEFA-ya məlumat verilib.

Milli.Az


Etiketlər:  Dəqiqləşdi Şevçenko prezident olacaq


RƏYLƏR