Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

SOCAR-da yüksək vəzifəyə TƏYİNAT

SOCAR-da yüksək vəzifəyə TƏYİNAT

Tarix: 28 Dekabr 2023 20:00

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəhbəri dəyişib.

Sonxeber.net banker.az-a istinadən bildirir ki, idarəyə Rəşid Ağakişiyev Cəlal oğlu rəhbərlik edəcək. O, sözügedən vəzifədə Adil Vəliyev Məmməd oğlunu əvəz edib.

Rəşid Ağakişiyev 2022-ci ilin may ayından SOCAR prezidentinin müşaviri vəzifəsinə təyin edilib.

Neft-qaz sənayesində zəngin təcrübəyə malikdir.

Belə ki, 2003-cü ildən etibarən o bu sahədə fəaliyyətdə olan şirkətlərin rəhbərliyində çalışıb. Bu şirkətlərə "Det.Al", "Prokon" MMC, "SOCAR Construction" kimi şirkətləri aid etmək olar.


Etiketlər:  SOCAR yüksək vəzifəyə TƏYİNAT


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ