Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Arsenal'' və ''Totenhem'' məğlub oldu

''Arsenal'' və ''Totenhem'' məğlub oldu

Tarix: 29 Dekabr 2023 07:06

Dekabrın 28-də futbol üzrə İngiltərə Premyer Liqasında əvvəlki turlardan təxirə salınmış iki oyun keçirilib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, "Arsenal" öz meydanında "Vest-Hem"ə məğlub olaraq (0:2) liderliyə yüksəlmək imkanını əldən verib.

Günün digər oyunu isə daha məhsuldar olub. "Brayton" öz meydanında "Totenhem"i 4:2 hesabı ilə üstələyib.

Beləliklə, 19 turdan sonra "Liverpul" 42 xalla turnir cədvəlinə başçılıq edir. Ondan 2 xal geri qalan "Arsenal" ikincidir. Üçüncü pillədə qərarlaşan "Aston Villa"nın isə hesabında 39 xal var.

Milli.Az


Etiketlər:  Arsenal Totenhem məğlub oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ