Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-ın ərazi iddiası - Rusiya ordusu hazırdır

ABŞ-ın ərazi iddiası - Rusiya ordusu hazırdır

Tarix: 29 Dekabr 2023 08:20

Moskvanın Artikada ciddi qoşun qrupu vardır ki, Vaşinqton bununla hesablaşmalı olacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Military Watch Magazine" nəşrinin ABŞ-ın Artika regionuna iddiaları ilə bağlı məqaləsində yazılıb.

Bildirilib ki, Birləşmiş Ştatlar 10 ildir regionda mövcudluğunu genişləndirir. Xüsusən, ABŞ-ın Alyaskaya 100 ədəd F-22 və F-35 qırıcısı yerləşdirməsi bunu təsdiqləyir:

"Rusiyanın ABŞ-ın ərazi iddialarına cavab verməyə vasitələri də var. Xüsusən, Yeni Torpaq və Tiksi limanında S-400 sistemləri, həmçinin Arktika şəraitinə uyğunlaşdırılmış "Tor" və "Pantsir" yaxınmənzilli zenit-raket komplekslərinin yüksək ixtisaslaşdırılmış versiyaları yerləşdirilib.

Birləşmiş Ştatlar tərəfindən iddia edilən kontinental şelfin sahəsi təxminən bir milyon kvadrat kilometr təşkil edir və yeddi bölgədə paylanır. Bu, ABŞ Dövlət Departamentinin nəşrində öz əksini tapıb", - deyə bildirilib.

Milli.Az


Etiketlər:  ABŞ ın ərazi iddiası Rusiya ordusu hazırdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ