Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Putin bu həmkarlarını təbrik etmədi

Putin bu həmkarlarını təbrik etmədi

Tarix: 30 Dekabr 2023 15:18

Rusiya Prezidenti Vladimir Putin bu il ABŞ lideri Co Bayden və digər Qərb ölkələrinin rəhbərlərinə Yeni il münasibətilə təbrik ünvanlamayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı TASS yayıb. 

Məlumata görə, Putin ənənəvi olaraq dekabrın son günlərində öz həmkarlarını Yeni il və Milad günü münasibətilə təbrik edir.

Dekabrın 30-u isə Kreml Rusiya liderindən təbrik mesajları alan liderlərin siyahısını açıqlayıb. Sözügedən siyahıda Böyük Britaniya, Almaniya, ABŞ, Fransa, Yaponiya və digər ölkələrin rəhbərləri yer almayıb. Bildirilir ki, Putin ardıcıl olaraq 2 ildir həmin liderlərə təbrik ünvanlamır.

Milli.Az


Etiketlər:  Putin bu həmkarlarını təbrik etmədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ