Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yevlaxda abadlaşdırılan növbəti həyət və yeni salınan parklar sakinlərin istifadəsinə verildi - FOTO

Yevlaxda abadlaşdırılan növbəti həyət və yeni salınan parklar sakinlərin istifadəsinə verildi - FOTO

Tarix: 30 Dekabr 2023 18:40

Yevlaxda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlər çərçivəsində genişmiqyaslı abadlıq və quruculuq işləri uğurla davam etdirilir.

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən ənənəvi olaraq bu il də şəhərdə vətəndaşların rifahına yönələn bir sıra sosial yönümlü işlər həyata keçirilib. Belə ki, şəhərin Qanboy Quliyev küçəsi 3 və 4, Zərdabi küçəsi 2,Yeni Yevlax küçəsi 5, Nizami prospekti 44, 46, 48 ünvanlarda yerləşən binaları əhatə edən və 500 nəfərə yaxın sakinin yaşadığı həyət, Heydər Əliyev prospekti boyunca yeni salınan park və uzun illərdir təmirsiz olan, Türkiyə-Azərbaycan dostluğunun rəmzi kimi salınmış "Dostluq" parkı yenidənqurmadan sonra əhalinin istifadəsinə verilib. 

Abadlıq quruculuq işləri həyata keçirilən həyətdə binaların fasadları əsaslı təmir edilib, yağış suları axıdan yeni borular və navalçalar quraşdırılmışdır. Binaların həyətinə asfalt və tamet daşı vurulub, qazon salınıb, yeni bardürlər, tullantılar üçün kiçik  zibil qutuları qoyulub. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün həyətə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun və idman qurğuları quraşdırılıb. Həyətdə işıqlandırma sistemləri quraşdırılıb, avtomobillər üçün parklanma yeri yaradılıb.

Həmçinin Heydər Əliyev prospekti boyunca yeni yaradılan park və "Dostluq" parkında da geniş abadlıq işləri aparılıb, burada sakinlərin istirahəti üçün müvafiq şərait yaradılıb. Abadlaşdırılan ərazidə mövcud yaşıllıqların bərpası işləri aparılaraq yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq göstərilib, yeni yaşıllıq zolağı salınıb, müxtəlif növ mövsümi gül kolları əkilib, suvarma xətti çəkilib.

Yevlaxda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə sakinlər Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Milli.Az


Etiketlər:  Yevlaxda abadlaşdırılan növbəti həyət yeni salınan parklar sakinlərin istifadəsinə verildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ