Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident: 2024-cü ildə Xocalı və Xankəndi sakinləri öz evlərinə qayıdacaqlar

Prezident: 2024-cü ildə Xocalı və Xankəndi sakinləri öz evlərinə qayıdacaqlar

Tarix: 31 Dekabr 2023 23:54

2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. Bu müjdəni mən bu gün onlara vermək istəyirəm və bildirmək istəyirəm ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib.

Dövlətimizin başçısı vurğulayıb ki, bundan başqa, bir neçə yaşayış məntəqəsi də keçmiş köçkünləri qəbul etməyə hazır olacaq.

Milli.Az


Etiketlər:  Prezident 2024 ildə Xocalı Xankəndi sakinləri öz evlərinə qayıdacaqlar


RƏYLƏR