Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2024 00:08
23:59
Rusiya bu gün Ukraynadakı hərbi obyektlərə zərbələr endirir və bunu sabah da edəcək.
Bunu Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Belqoroda hücumundan danışarkən deyib.
Putin əlavə edib ki, Rusiya Kiyevdəki hərbi obyektlərə hücumları artıracaq:
"Onlar bizi qorxutmaq və ölkəmizdə bir növ qeyri-müəyyənlik yaratmaq istəyirlər. Belqoroda hücum təbii ki, dinc əhaliyə qarşı cinayətdir - cəzasız qalmayacaq, 100%, heç bir şübhə ola bilməz".
--------
19:07
Bu yaxınlarda Belqorodda baş verənlər terror aktıdır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"Çünki iki "Olxa" raketinin mühafisəzi altında, onlar RYAS-dan atəş açdılar. RYAS-ın nə olduğunu siz hərbçilər daha yaxşı bilirsiniz. Bu silahlarla onlar Yeni il öncəsi şəhərin mərkəzinə, insanların olduğu yerə atəş açdılar. Təbii ki, Rusiya da Kiyevdə və istənilən başqa şəhərdə meydanları vura bilər, lakin hərbi hədəfləri vurur və vuracaq", - Putin bildirib.
Qeyd edək ki, dekabrın 30-da Ukrayna ordusunun Belqoroda endirdiyi zərbələr nəticəsində 24 nəfər ölmüş, 131 nəfər isə yaralanmışdı.