Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

BMT TŞ-yə sədrlik Fransaya keçib

BMT TŞ-yə sədrlik Fransaya keçib

Tarix: 3 Yanvar 2024 09:34

BMT-nin Təhlükəsizlik Şurasına sədrlik Ekvadordan Fransaya keçib.

Milli.Az report-a istinadən xəbər verir ki, Fransanın BMT-dəki daimi nümayəndəsi Nikola de Rivyer BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında jurnalistlərə ay ərzindəki iş proqramını təqdim edib.

Səfir bildirib ki, Yaxşı Şərqdə davam edən müharibə ay ərizində TŞ-nin gündəmində olacaq. O həmçinin Ukrayna, Suriya, Liviya və Yəməndə baş verən münaqişərlə bağlı BMT TŞ-də iclasların keçiriləcəyini diqqətə çatdırıb:

"Problemli münaqişə bölgələri ay ərzində masamızda olacaq. Son günlərdə Rusiyanın Ukraynaya hücümları şiddətlənib və Ukraynada vəziyyət hər keçən gün daha da pisləşir. Təəssüf ki, Rusiya insaların yaşadığı bölgələri - xəsətəxanaları, yaşayış mərkəzlərinı hədəf alır və mülkü əhaliyə hücumlar edir. Münaqişələrdə mülkü insanlar hədəf seçilməməlidir.

Diplomat həmçinin Qəzzadakı durumdan narahatlığını dilə gətirib:

"Digər yandan Qəzzədəki münaqişədən çox narahatıq, bölgədə beynəlxaq hüququn normaları pozulmuş vəziyyətdədir. İsrail özünün müdafiə haqqına sahibdir və HƏMAS-ın necə təhlükəli olduğunu bilirik".

"Biz çalışacayıq ki, tərəflərin münaqişənin həllində birgə səylərini artıraq. Bilirik ki, TŞ-yə sədrlik edəcəyimiz dörd həftə ərzində çox da böyük nəticələr əldə edə bilməyəcəyik, ancaq bütün səylərimizi hazırda davam edən münaqişələrin həllində səfərbər edəcəyik", - səfir vurğulayıb.

Milli.Az


Etiketlər:  BMT sədrlik Fransaya keçib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ