Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Polis PSJ-nin prezidentini axtardı – Şəxsi təyyarəsində gizləndi

Polis PSJ-nin prezidentini axtardı – Şəxsi təyyarəsində gizləndi

Tarix: 4 Yanvar 2024 08:46

PSJ-nin prezidenti Naser Əl-Xəlaifiyə qarşı iyul ayında aparılan istintaqın təfərrüatları məlum olub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, həmin vaxt Fransa klubunun rəhbəri adam oğurluğunda iştirakda ittiham olunub.

"Mediapart"ın məlumatına görə, iyul ayında Qətərdə lobbiçinin oğurlanması ilə bağlı polisin Nasser Əl-Xəlaifiyə qarşı keçirdiyi əməliyyat zamanı PSJ prezidenti bir saat şəxsi təyyarəsində gizlənib.

Qətərin yüksək rütbəli rəsmiləri polisi hədələyərək Fransa nazirləri Katrin Kollen və Cerald Darmanenə zəng vurublar.

Daha əvvəl bildirilmişdi ki, Əl-Xəlaifi DÇ-2022-nin ev sahibliyi hüququnun Qətərə verilməsi ilə bağlı məlumatı olan 42 yaşlı lobbiçi Tayeb bin Abderrahmanın oğurlanmasında iştirakda ittiham olunurdu.

Milli.Az


Etiketlər:  Polis PSJ nin prezidentini axtardı Şəxsi təyyarəsində gizləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ