Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

1924-də insanlar 2024-ü necə görürdü?

1924-də insanlar 2024-ü necə görürdü?

Tarix: 5 Yanvar 2024 07:14

1924-cü ildə insanların 100 il sonra dünyanı necə təsəvvür etdiyinə dair sübutlar toplanıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Bild" nəşri araşdırma aparıb.

1924-cü ildə yeddi proqnoz var ki, onlardan bəziləri təəccüblü şəkildə reallıqla üst-üstə düşür.

1924-cü ildə Kaliforniya Universitetindən paleontoloq Edvard Ferlonq 2024-cü ilə qədər atların kənd təsərrüfatında istifadə edilməyəcəyi fikri ilə hər kəsi şoka salmışdı. "Kansas City Post" qəzetindəki məqaləsində o, kənd təsərrüfatında traktor və avtomobillərin onları tamamilə əvəz edə biləcəyini və atların əsasən zooparklarda tapılacağını yazmışdı.

Britaniyalı siyasətçi Kinqsli Vud 1924-cü ildə 2024-cü ilə qədər insanların orta hesabla ən azı 100 il yaşayacağını, 75 yaşda "nisbətən gənc" hesab ediləcəyini söyləyib.

Mühəndis Arçibald Lou 100 il əvvəl "Simsiz imkanlar" kitabında 2024-cü ildə insanların əksəriyyətinin evdən işləyə biləcəyini irəli sürmüşdü.

İsveçli memar Ben Byorkson böyük şəhərlərdə üçsıra magistral yolların görünəcəyini proqnozlaşdırmışdı.

Yüz il əvvəl "Olderman Nyuton" qəzetinin müəllifi inanırdı ki, 2024-cü ildə uşaqlar yuyulması lazım olmayan asbest kostyumları geyinəcək, ingilis dili dərslərində isə Şekspirin qrammofon valına yazılmış pyeslərinə qulaq asacaqlar.

Nyu York maqnatı Cozef Day yüz il əvvəl əmin idi ki, 2024-cü ildə hamı işə hər gün hava gəmiləri və təyyarələrlə gedəcək.

Hollivud rejissoru David Qriffit 1924-cü ildə demişdi ki, filmlər sayəsində insanlar başqa mədəniyyətlər haqqında daha çox şey öyrənəcəklər və artıq yad insanlardan qorxmağa ehtiyac qalmayacaq - beləliklə, onun fikrincə, filmlər bütün müharibələrə son qoymalı idi.

Milli.Az


Etiketlər:  1924 insanlar 2024 ü necə görürdü


RƏYLƏR