Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə qadın öldürən qatillər üçün Şok CƏZA təklif edildi

Türkiyədə qadın öldürən qatillər üçün Şok CƏZA təklif edildi

Tarix: 5 Yanvar 2024 17:18

Türkiyənin Ali Apellyasiya Məhkəməsinin Baş Prokuroru Bekir Şahin qadın öldürən qatillər üçün edam cəzasının bərpasını təklif edib. Baş prokurorun sözlərinə görə, qadınların öldürülməsinə görə ömürlük həbs başqalarını da eyni cinayətləri törətməkdən çəkindirmir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Qadın qətlinə görə verilən ən ağır cəza ağırlaşdırılmış ömürlük həbsdir. Əvvəllər bunun ekvivalenti ölüm cəzası idi. Məncə, günahı sübuta yetirilənlərin cəzası ölüm olmalıdır. Hamilə qadına saysız-hesabsız bıçaq zərbəsi vuran şəxs ağırlaşdırılmış həbs əvəzinə edam cəzasına məhkum edilməlidir", - deyə Bekir Şahin bildirib.

Qeyd edək ki, Türkiyədə 1984-cü ildən edam cəzası faktiki olaraq tətbiq edilmir.

Milli.Az


Etiketlər:  Türkiyədə qadın öldürən qatillər üçün Şok CƏZA təklif edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ