Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Daha bir futbolçu "Adana Dəmirspor"dan getdi

Daha bir futbolçu

Tarix: 7 Yanvar 2024 15:42

Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi "Adana Dəmirspor"dan daha bir futbolçu ayrılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yonas Svensson Adana təmsilçisini tərk edib. 30 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Klub futbolçuya xidmətlərinə görə təşəkkür edib.

Qeyd edək ki, Türkiyə mətbuatında "Adana Dəmirspor"un maddi problemlər yaşadığı haqda davamlı məlumatlar yayılır. Bu səbəbdən klubun futbolçularının maaşlarını ödəməkdə çətinlik çəkdiyi bildirilir. Daha əvvəl buna görə iki futbolçunun Superliqa təmsilçisindən ayrıldığı qeyd olunub. Klub rəhbərliyi isə futbolçuların borclarının olması barədə xəbərləri təkzib edib.

Milli.Az


Etiketlər:  Daha bir futbolçu Adana Dəmirspordan getdi


RƏYLƏR