Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2024 22:06
"Barselona" futbol klubunun baş məşqçisi Xavi Ernandes Kataloniya klubunun yarımmüdafiəçisi İlkay Gündoğanın ustalıq səviyyəsini yüksək qiymətləndirib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Xavi qeyd edib ki, 32 yaşlı futbolçu "Barselona"ya ancaq fayda gətirir.
"Son matçda çətin vəziyyətdə olduğumuz zaman ("Las Palmas" ilə La Liqanın sonuncu matçında Gündoğan 90+3-cü dəqiqədə "Barselona"nın qələbə qolunu (1:2) vurmuşdu - red.) o, vəziyyəti dəyişdi. İlkay komandada öz individuallığını nümayiş etdirir. Bu ona həmişə müsbət təsir göstərir. O bizim üçün göydən enib. Çoxları tənqid etməyi xoşlayırlar, amma onun göstəriciləri çox yaxşıdır", - deyə Xavi vurğulayıb.
Məlumat üçün əlavə edək ki, İlkay Gündoğanın "Barselona" ilə hazırkı müqaviləsi 2025-ci ilə qədərdir.