Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Reyhanə anamız hicab geyinməyib?

Reyhanə anamız hicab geyinməyib?

Tarix: 8 Yanvar 2024 03:02

Sual: Deyilənə görə peyğəmbərimizin (s. a. v.) xanımlarından biri olan Reyhanə anamız hicab geyinməyib. Bu düzdür?

Bəzi zəif rəvayətlərdə deyilir ki, Reyhanə anamız yəhudilərin Bəni Qureyza qəbiləsindən kəniz kimi alınıb və müsəlman olmayıb. Lakin əslində peyğəmbərimizin xanımlarının arasında qeyri-müsəlman olan yoxdur. Müsəlman bir xanımın üstündən müsəlman olmayan bir kənizlə kəbin kəsdirmək Quranın Nisa surəsinin 25-ci və Bəqərə surəsinin 221-ci ayələrinə əsasən haramdır.

Reyhanə anamız peyğəmbərimizin təklifi ilə müsəlmanlığı qəbul etmiş, ona ərə getmişdir. Peyğəmbərimiz isə mehr olaraq onu öz azadlığına çatdırmışdır. ((Ətraflı məlumat üçün baxın: Hayati Yılmaz, "Reyhane bint Şəmun", Türkiye Diyanet Vakfı İslam Ensiklopediyası, 35-ci cild, s. 42.))

Əlavə olaraq qeyd edək ki, Quranın Əhzab surəsinin 59-cu ayəsinə əsasən peyğəmbərin xanımlarından heç birinin açıq olmağı mümkün deyil. O ayədə deyilir:

"Ey peyğəmbər! Xanımlarına, qızlarına və möminlərin qadınlarına de: cilbablarını üstlərinə möhkəmcə örtsünlər".

Bu ayədə azad qadınla kəniz arasında bir ayrı-seçkilik qoyulmayıb. Yəni, əgər Reyhanə anamız azad deyil, kəniz kimi qalmış olsaydı belə, onun: "Mən azad qadınlar kimi başımı örtüb hicab geyinmək istəmirəm", - dediyinə dair rəvayətin qəbul edilməsi qəti surətdə mümkün deyil. Başqa sözlə desək, bundan söhbət belə gedə bilməz.

Nəticə etibarilə Reyhanə anamız peyğəmbərimizin o biri xanımları kimi müsəlman olub və onlar kimi o da hicab geyinib.


Etiketlər:  Reyhanə anamız hicab geyinməyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ