Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2024 17:39
Əməkdar artist, rejissor Sərvər Əliyevin səhhəti pisləşib.
Sonxeber.net bildirir ki, bu barədə qaynarinfo-ya onun özü məlumat verib.
Həkimlər rejissorun təcili şəkildə açıq ürək əməliyyatı olunmasını istəyib:
"Özümü pis hiss edirəm. Mərkəzi Klinik Xəstəxanadayam. Müayinə olundum. Həkimlər təcili açıq ürək əməliyyatı olunmağımı tövsiyyə etdilər".
Qeyd edək ki, bir neçə il əvvəl Əməkdar artist, İrəvan Dövlət Azərbaycan Dram Teatrının rejissoru Sərvər Əliyevin ürəyində problem yaranıb. Rejissorun ürəyinə ayrı-ayrı illərdə 3 dəfə stend qoyulub.