Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Paşinyan siyasi şou göstərir - Matevosyan

Paşinyan siyasi şou göstərir - Matevosyan

Tarix: 9 Yanvar 2024 17:46

Ermənistanın Baş naziri Nikol Paşinyan "yazıq adam" imicindən sui-istifadə edərkən, Türkiyə və Azərbaycan öz məqsədlərinə, yəni ölkəmizin "suverenliyinin məhvinə" doğru sistemli şəkildə irəliləməkdə davam edirlər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu erməni politoloq Benyamin Matevosyan iddia edib.

"Bir anlıq təsəvvür edək ki, rayon məktəblərində təmirin keyfiyyətinə, zibil qablarının hündürlüyünə də özü nəzarət edən Paşinyan bədbəxt zavallıdır. Onda ən azı 2 məntiqi sual yaranır. Birincisi, Ermənistanın indiki vəziyyətində (və hər hansı digər tarixi məqamda) doğrudanmı dövlətin başında "yazıq adam" olmalıdır? İkincisi, Bakı və Ankara İrəvanla sərhədi ən azı 2028-ci ilə qədər açmaq niyyətində olmasa, yəni Paşinyan vəd etdiyi iqtisadi bum ən azı 4 il təxirə salınsa, bu vəd üçün "artsax"ı təslim edən Nikol 4 il ərzində daha nələri Türkiyə və Azərbaycana təslim etməyə hazırdır?", - o bildirib.

Milli.Az


Etiketlər:  Paşinyan siyasi şou göstərir Matevosyan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ