Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Qəzza qətliamına ''lizensiya'' verdi - Rus diplomat

ABŞ Qəzza qətliamına ''lizensiya'' verdi - Rus diplomat

Tarix: 10 Yanvar 2024 08:20

ABŞ BMT Təhlükəsizlik Şurasını Yaxın Şərq qətnaməsinin orijinal mətnini dəyişdirməyə və oraya Qəzzada fələstinli mülki vətəndaşları öldürmək üçün "faktiki olaraq lisenziya" daxil etməyə məcbur etdi.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Anna Yevstiqneyeva deyib.

"Amerikalı həmkarlarımızın hiyləgərcəsinə "effektiv ikitərəfli diplomatiya" adlandırdıqları ən çirkin təzyiq və şantaj alətlərindən istifadə edilib.

Qətnamədə döyüşlərin dayandırılmasına çağırış əvəzinə, döyüşlərin dayandırılması üçün şərait yaradılması ifadəsi yer alır və bu, əslində İsrailin Qəzzada fələstinli mülki vətəndaşları öldürmək üçün bir "lisenziyadır" və bu, guya qeyd olunan şəraitin yaradılması istiqamətində atılan addımlardır", - diplomat bildirib.


Etiketlər:  ABŞ Qəzza qətliamına lizensiya verdi diplomat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ