Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Husilər" ABŞ və Böyük Britaniyanı HƏDƏLƏDİ: "Bölgəni yandıracağıq"

Tarix: 12 Yanvar 2024 08:20

Xəbər verdiyimiz kimi, ABŞ və Böyük Britaniya Yəmənə qarşı kütləvi hücuma keçib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Yəmənin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, "Husilər"in nümayəndəsi Əbdülsalam Jahaf ölkəyə edilən hücuma reaksiya verib.

"Biz hərəkətə keçəcəyimizi demirik. Biz tədbir görəcəyik. Sadəcə mənim üç sözümü xatırlayın: bölgəni yandıracağıq", - deyə o, əmin edib.

Öz növbəsində, Yəmənin xarici işlər nazirinin müavini Hüseyn əl-Ezzi hücumların qisasını alacağına söz verib:

"Ölkə kütləvi hücuma məruz qalıb. Şübhəsiz ki, London və Vaşinqton bu təcavüzün bütün dəhşətli nəticələrinin ağır bədəlini ödəməli olacaqlar".

Rusiya BMT Təhlükəsizlik Şurasının cümə günü, yanvarın 12-də təcili iclasının keçirilməsini tələb edib .

"Husilər" hücumdan sonra gəmilərə silsilə hücumlar həyata keçirib

ABŞ və Britaniyanın hərbi əməliyyatı İran tərəfindən fəal şəkildə dəstəkləndiyi güman edilən Yəmən "Husiləri"nin nəqliyyat və döyüş gəmilərinin davamlı atəşə tutulmasına cavab idi.

Yəmənə qarşı hazırkı hücumlar ilk deyil. 2002-ci ildən bəri ABŞ bu ölkədəki hədəflərə 400-ə yaxın zərbə endirib. Halbuki indiki əməliyyat 2016-cı ildən bəri ilkdir.

Milli.Az


Etiketlər:  Husilər ABŞ Böyük Britaniyanı HƏDƏLƏDİ Bölgəni yandıracağıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ