Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan neftinin qiyməti 2 % artıb

Azərbaycan neftinin qiyməti 2 % artıb

Tarix: 12 Yanvar 2024 09:12

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,75 ABŞ dolları, yaxud 2,1 % artaraq 84,32 ABŞ dolları təşkil edib.

Bu barədə Milli.Az-a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin mart fyuçerslərinin qiyməti 78,71 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Milli.Az


Etiketlər:  Azərbaycan neftinin qiyməti 2 artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ