Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Medvedev Britaniyanı müharibə ilə hədələdi - FOTO

Medvedev Britaniyanı müharibə ilə hədələdi - FOTO

Tarix: 12 Yanvar 2024 20:12

Moskva Böyük Britaniyanın Ukraynaya rəsmi hərbi kontingentini göndərməsini Rusiyaya müharibə elanı kimi qiymətləndirəcək.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün "Telegram" kanalında yazıb.

"Onların (Britaniya - red.) rəsmi hərbi kontingentinin Ukraynada yerləşdirilməsi ölkəmizə müharibə elanı demək olacaq", - deyə o bildirib.

Qeyd edək ki, bu gün Kiyevə səfər edən Britaniyanın baş naziri Rişi Sunak Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə iki ölkə arasında tarixi təhlükəsizlik sazişi imzalayacağını bildirib.

Londonda vurğulanıb ki, keçən il NATO-nun Vilnüsdə keçirilən sammitində G7 ölkələri Kiyevə ikitərəfli təhlükəsizlik zəmanəti barədə razılığa gəliblər. Böyük Britaniya müvafiq müqaviləni bağlayan ilk ölkə olacaq.


Etiketlər:  Medvedev Britaniyanı müharibə ilə hədələdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ