Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ İrana MESAJ GÖNDƏRDİ: ''Hərtərəfli hazırlaşmışıq''

ABŞ İrana MESAJ GÖNDƏRDİ: ''Hərtərəfli hazırlaşmışıq''

Tarix: 13 Yanvar 2024 22:36

ABŞ Prezidenti Co Baydenin administrasiyası Yəməndə hakim "Ənsar Allah" hərəkatının "husiləri"nin hücumları ilə bağlı Tehrana mesaj göndərib.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Amerika liderinin özü məlumat verib.

"Mesajı onlara özəl olaraq çatdırdıq və əminik ki, hərtərəfli hazırlaşmışıq", - Bayden deyib.

Lakin ABŞ prezidenti bu mesajın təfərrüatlarını açıqlamayıb. İranın özünün Vaşinqtonla əlaqə saxlayıb-yaxmaması və onun nümayəndələrinin məsələnin müzakirəsində iştirak edib-etməməsi də məlum deyil.

Bu arada Yəmən "husilər"i ABŞ-ın Yaxın Şərqdəki hərbi obyektlərini qanuni hədəfləri kimi müəyyənləşdiriblər . Hərəkatın nümayəndəsi ölkəyə raket hücumunda iştirak etmiş Birləşmiş Ştatlar və Böyük Britaniyanı "tez cavab"la hədələyib.


Etiketlər:  ABŞ İrana MESAJ GÖNDƏRDİ Hərtərəfli hazırlaşmışıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ