Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hirkan milli parkında ilk veloyürüş keçirilib (FOTO)

Hirkan milli parkında ilk veloyürüş keçirilib (FOTO)

Tarix: 12 Noyabr 2019 13:52

Bakı. Trend:

Azərbaycanın Dövlət Bayrağı və Konstitusiya günləri ilə əlaqədar noyabrın 11-də Hirkan milli parkında “Velosiped sürək, ətraf mühiti qoruyaq” devizi altında ilk veloyürüş keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yürüşdə Azərbaycan Velosiped İdman Federasiyasının, Respublika Olimpiya Velosiped məktəbinin nümayəndələri və həvəskar velosipedçilər iştirak edib. 344 velosipedçinin qatıldığı tədbirdə 10 km məsafə qət olunub. Bunu jurnalistlərə açıqlamasında Hirkan milli parkının direktoru Azər Mirzəyev bildirib.

O qeyd edib ki, veloyürüşün keçirilməsində məqsəd milli parklarda ekoturizmin inkişafına nail olmaq, insanları ətraf mühitin qorunması, sağlamlaşdırılması tədbirlərinə dəstək olmağa çağırmaq, sağlam həyat tərzini və sağlam istirahət günü ənənəsini təbliğ etməkdir. Hamıya tövsiyə edirəm ki, yaşından asılı olmayaraq velosiped sürsünlər, sağlam həyat yaşasınlar. Sağlam bədən sağlam ətraf mühitdə formalaşır, ona görə də sağlam olmaq üçün hamı velosiped sürsə yaxşıdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Hirkan milli parkında ilk veloyürüş keçirilib (FOTO) Hirkan milli parkında ilk veloyürüş keçirilib (FOTO) Hirkan milli parkında ilk veloyürüş keçirilib (FOTO) Hirkan milli parkında ilk veloyürüş keçirilib (FOTO) Hirkan milli parkında ilk veloyürüş keçirilib (FOTO) Hirkan milli parkında ilk veloyürüş keçirilib (FOTO) Hirkan milli parkında ilk veloyürüş keçirilib (FOTO) Hirkan milli parkında ilk veloyürüş keçirilib (FOTO) Hirkan milli parkında ilk veloyürüş keçirilib (FOTO) Hirkan milli parkında ilk veloyürüş keçirilib (FOTO)


Etiketlər:  Hirkan milli parkında veloyürüş keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ