Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2024 06:26
"Üç ildən sonra Rusiya Avropa və NATO sərhədlərini təhdid etməyə başlayacaq"
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bunu Estoniyanın baş naziri Kaja Kallas "The Times" qəzetinə müsahibəsində bildirib
O, xəbərdarlıq edib ki, Avropa üç-beş il ərzində NATO-nun şərq cinahında əsas hərbi təhlükə olaraq Kremlin qayıdışına hazırlaşmalıdır:
"Bu proqnoz Ukraynadakı münaqişədə atəşkəs sazişinin imzalandığı ssenariyə əsaslanır. Bu ssenaridə Baltikyanı ölkələr NATO-nun ən həssas hissəsi olaraq qalacaq, ona görə də regionu qorumaq üçün tədbirlər görülməlidir.
Estoniyanın planında Ukraynaya Rusiyaya qarşı mübarizədə kömək təklifləri, o cümlədən Kiyevə kömək etməkdən çəkinməmək tövsiyələri də var".