Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daşkəsəndə seçkilərlə əlaqədar təbliğat təşviqat üçün məkan yerləri müəyyənləşdi - FOTO

Daşkəsəndə seçkilərlə əlaqədar təbliğat təşviqat üçün məkan yerləri müəyyənləşdi - FOTO

Tarix: 17 Yanvar 2024 13:34

100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər Seçki Dairəsinin Daşkəsən rayonu ərazisində növbədənkənar Prezident seçkilərində təbliğat və təşviqat kampaniyası üçün müəyyən edilmiş açıq və qapalı yerlərin sayı məlum olub.

Sonxeber.net saytının xəbərinə görə, "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq vətəndaşların, siyasi partiyaların, siyasi partiyalar bloklarının, seçicilərin təşəbbüs qruplarının müraciətləri əsasında açıq və qapalı şəraitdə kütləvi tədbirlərin keçirilməsi məqsədi ilə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının 11 yanvar 2024-cü il tarixli, 5 nömrəli Sərəncamı ilə Daşkəsən şəhərinin girişindəki meydan açıq yer, Daşkəsən şəhəri, Heydər Əliyev 3 ünvanda yerləşən rayon Mədəniyyət Mərkəzi qapalı yer kimi müəyyənləşdirilib.

Qeyd edək ki, "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər Seçki Dairəsinin Daşkəsən rayonu ərazisində müəyyən edilmiş açıq və qapalı yer olaraq 32 ünvan qeydə alınıb.


Etiketlər:  Daşkəsəndə seçkilərlə əlaqədar təbliğat təşviqat üçün məkan yerləri müəyyənləşdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ