Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ezamiyyə xərcləri NİYƏ ARTIRILMIR? - VİDEO

Ezamiyyə xərcləri NİYƏ ARTIRILMIR? - VİDEO

Tarix: 17 Yanvar 2024 19:22

Son illər həm ölkədə, həm də dünyada bahalaşma müşahidə olunur. Bu isə öz növbəsində qidalanma, nəqliyyat kimi xərcləri çoxaldır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, buna baxmayaraq xidməti tapşırığı icra etmək üçün başqa yerə göndərilən işçilərin ezamiyyə ödənişləri artırılmır.

Milli məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyir ki, son dəfə 6 il əvvəl müəyyənləşən ezamiyyə tarifləri mövcud qiymətlərə görə çox aşağıdır.

Millət vəkili bildirir ki, ezamiyyə tarifləri müəyyən olunarkən mövsüm də nəzərə alınmalıdır.

Deputat xarici ölkələr üçün ezamiyyə xərclərinin də artırılmalı olduğunu deyir. Onun fikrincə, yeni tariflər müəyyən edilərkən həm ölkədaxili, həm də qlobal infilyasiya nəzərə alınmalıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Ezamiyyə xərcləri NİYƏ ARTIRILMIR VİDEO


RƏYLƏR