Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2024 14:30
Ukraynanın əks-hücum əməliyyatının uğursuz olmasının səbəblərindən biri Rusiyanın kəşfiyyat PUA-ları olub.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba danışıb.
"Keçən yay həyata keçirdiyimiz əks-hücum əməliyyatlarında ən böyük problemlərdən biri bu oldu ki, hər iki tərəf - Ukrayna və Rusiya - kəşfiyyat PUA-larından geniş istifadə etdi, əsgərlər hərəkət edə bilmədilər, çünki meşədən və ya xəndəkdən çıxarkən kəşfiyyat PUA-ları tərəfindən dərhal aşkar edilir və vurulurdular", - Kuleba vurğulayıb.
Qeyd edək ki, daha öncə Ukrayna Prezidenti Vladimir Zelenski əks-hücum əməliyyatının məlumat sızması səbəbindən uğursuz olduğu barədə açıqlama verib.