Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2024 17:52
Mayami Beynəlxalq Hava Limanından havaya qalxan "Boeing 747" təyyarəsi göydə alışıb.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, dəhşətli görüntülər mobil telefon kamerası ilə lentə alınıb.
Məlumata görə, "Atlas Air" şirkətinə məxsus "Boeing 747-8" yük təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra mühərrikində nasazlıq səbəbindən Mayami Beynəlxalq Hava Limanına təcili eniş etməli olub.
"Ekipaj bütün standart prosedurlara riayət etməklə təhlükəsiz şəkildə Mayamiyə qayıdıb", - "Atlas Air"in açıqlamasında deyilir.
Mayami Beynəlxalq Hava Limanından bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.