Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Faiq Ağayevdən yeni duet: "Anaya məktub" - VİDEO

Faiq Ağayevdən yeni duet:

Tarix: 19 Yanvar 2024 20:55

Rep ifaçısı PRoMete (Pərviz İsaqov) Xalq artisti Faiq Ağayevlə birgə oxuduğu "Anaya məktub / Bəlkə də" adlanan duetə ekran həyatı verib.

Milli.Az xəbər verir ki, sözləri Vaqif Səmədoğlu, musiqisi PRoMete və Elgün Ataxanlıya aid olan trekdə PRoMetenin də əlavələri olub. Arajımanı isə Yaşar Baxış və Elgün Ataxanlıya həvalə edilib. 

Klipin rejissorluğunu Nail Naiboğlu edib.

"Mahnını birlikdə ifa etməyimizə razı olduğu üçün dəyərli sənətkarımız Faiq Ağayevə qəlbdən təşəkkürlərimi göndərirəm.

Adını "Anaya məktub" qoyduğumuz bəstə musiqisi Emin Sabitoğlu, sözləri Vaqif Səmədoğluya aid olan "Bəlkə də" mahnısının motivləri əsasında yazılıb" deyə, PRoMete bildirib.

Qeyd edək ki, klip rep ifaçının rəsmi "Youtube" kanalında yayımlanmaqdadır.

Milli.Az


Etiketlər:  Faiq Ağayevdən yeni duet Anaya məktub VİDEO


RƏYLƏR