Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu ölkənin 600 əsgəri Hindistana daxil oldu

Bu ölkənin 600 əsgəri Hindistana daxil oldu

Tarix: 21 Yanvar 2024 01:20

Myanma ordusunun 600-ə yaxın əsgəri üsyançılarla şiddətli toqquşmadan sonra Hindistan ərazisinə keçib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Hindistanın NDTV telekanalı hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

"Myanmanın qərbindəki Rakxayn əyalətindəki etnik silahlı qrup olan Arakan Rohinca Qurtuluş Ordusu (ARSA) tərəfindən düşərgələri zəbt edildikdən sonra əsgərlər Mizoram ştatının Lavnqtlay bölgəsinə sığınıblar", - NDTV bildirib.

Qeyd olunur ki, Mizoram hakimiyyəti mərkəzi hökumətə və daxili işlər naziri Amit Şaha bununla bağlı müraciət edib.

Milli.Az


Etiketlər:  Bu ölkənin 600 əsgəri Hindistana daxil oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ