Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail məhv edilən HƏMAS yaraqlılarının sayını AÇIQLADI

İsrail məhv edilən HƏMAS yaraqlılarının sayını AÇIQLADI

Tarix: 21 Yanvar 2024 11:48

Qəzza zolağında 100 gündən çox əməliyyatlar zamanı İsrail hərbçiləri Fələstinin radikal HƏMAS hərəkatının yaraqlılarının 30 faizə qədərini məhv edib.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" Amerika kəşfiyyat agentliklərinin hesablamalarına istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, bu rəqəmlər hərəkatı məhv etmək üçün İsrailin məqsədlərindən hələ də uzaqdır. Fələstin-İsrail münaqişəsinin gərginləşməsindən əvvəl Amerika kəşfiyyat agentlikləri HƏMAS yaraqlılarının sayını 25-30 min arasında hesab edirdi.

Qəzet əlavə edib ki, HƏMAS hələ də İsrailə və Qəzzada İsrail əsgərlərinə hücumu bir neçə ay davam etdirmək üçün kifayət qədər sursata malikdir. Fələstin hərəkatı həmçinin anklavın şimalındakı Qəzza şəhərində polis varlığını bərpa etməyə çalışır.


Etiketlər:  İsrail məhv edilən HƏMAS yaraqlılarının sayını AÇIQLADI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ