Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Girovlar azad edilsə, münaqişə dayanacaq? - Netanyahu AÇQLADI

Girovlar azad edilsə, münaqişə dayanacaq? -  Netanyahu AÇQLADI

Tarix: 22 Yanvar 2024 07:58

İsrail Fələstinin "Həmas" hərəkatının anklavda saxlanılan bütün israilli girovların azad edilməsi müqabilində Qəzza zolağında hərbi əməliyyatların dayandırılması tələbini rədd edir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, barədə İsrailin baş naziri Benyamin Netanyahu deyib.

B.Netanyahu bildirib ki, HƏMAS israilli girovların azad edilməsi müqabilində müharibənin dayandırılmasını, İsrail qüvvələrinin Qəzza zolağından çıxarılmasını və HƏMAS-a toxunulmazlıq tələb edib.

Baş nazir qeyd edib ki, bu şərtlərlə razılaşmaq hərbçilərin itkisinə və vətəndaşların təhlükəsizliyinin təmin oluna bilməməsinə gətirib çıxaracaq.

"Mən İsrailin təhlükəsizliyinə zərər vuran belə bir kritik zərbə ilə razılaşa bilmərəm, ona görə də buna razı olmayacağıq", - deyə o bildirib.

Milli.Az


Etiketlər:  Girovlar azad edilsə münaqişə dayanacaq Netanyahu AÇQLADI


RƏYLƏR