Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elgiz və Sevda efirdə BARIŞDILAR – VİDEO

Elgiz və Sevda efirdə BARIŞDILAR – VİDEO

Tarix: 23 Yanvar 2024 15:05

Aparıcı Elgiz Əkbər və müğənni Sevda Sanaliyeva uzun sürən küsülülüklərinə son qoyublar. 

Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, Elgiz aparıcısı olduğu "Elgizlə izlə" ictimai-sosial verilişinin canlı efirinə Sevdanı dəvət edərək onunla barışıb. 

Elgizi doğum günü münasibəti ilə təbrik edən Sevda aparıcıdan küsmədiyini, incikliyi verilişə gəlişi ilə aradan qaldırdığını vurğulayıb. 

Qeyd edək ki, illər əvvəl "ARB" televiziyasında yayımlanan "Səhər-səhər" proqramında aparıcı Elgiz Əkbər Sevdanın canlı oxumağını istəmişdi. Sevda isə Elgizlə mübahisə edərək, efiri tərk etmişdi. 


Etiketlər:  Elgiz Sevda efirdə BARIŞDILAR VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ