Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2024 15:52
"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" tarixində üçüncü dəfə Portuqaliya Liqa Kubokunun finalına yüksəlib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, "ağ-qırmızılar" yarımfinalda "Sportinq"i məğlub edərək (1:0) bu uğura nail olublar. Görüşdəki yeganə qolu 65-ci dəqiqədə Abel Ruiz vurub.
Finalda "Braqa" "Benfika" - "Eştoril" cütünün qalibi ilə qarşılaşacaq. Qarşılaşma bu gecə baş tutacaq.
"Benfika" 7 dəfə Portuqaliya Liqa Kubokunu qazanıb. "Sportinq" bu göstəricidə ikincidir - 4, "Braqa" isə titula iki dəfə sahib çıxıb.
Qeyd edək ki, "Braqa" ilə "Qarabağ" arasında ilk görüş fevralın 15-də Portuqaliyanın eyniadlı şəhərində, cavab görüşü isə fevralın 22-də Bakıda keçiriləcək.