Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Neftçi" Miri Yusifə himn üçün 21 min manat ödəyib? - Açıqlama

Tarix: 25 Yanvar 2024 17:30

Sosial şəbəkədə "Neftçi"nin Xalq artisti Miri Yusiflə müqavilə imzalaması haqda məlumatlar yayılıb.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, məlumatda müğənniyə 21 mindən manatdan çox qonorar verildiyi iddia edilib.

Bildirilib ki, müqavilə himnlə bağlıdır.

"Neftçi" açıqlama verərək sözügedən məlumatı təkzib edib:

"Əməkdaşlıq 2022-ci ildə, klubun əvvəlki rəhbərliyinin sifarişi ilə baş tutub. Musiqisi Eldar Mansurova, sözləri Fariz Zeynalova aid olan "Neftçi" haqqında bəstə klubun istəyi əsasında hazırlanıb və təqdim edilib".

Milli.Az


Etiketlər:  Neftçi Miri Yusifə himn üçün 21 min manat ödəyib Açıqlama


RƏYLƏR