Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur təyyarə qəzasında sağ qalan sərnişinin Şok Etirafları film mövzusu oldu - Dəhşətli hadisələr

Məşhur təyyarə qəzasında sağ qalan sərnişinin Şok Etirafları film mövzusu oldu - Dəhşətli hadisələr

Tarix: 25 Yanvar 2024 20:46

"Netflix"in "Qar qardaşlığı" filmi əsl təyyarə qəzasından sağ çıxanların hekayəsindən bəhs edir. Bu qəzadan sağ çıxan 16 nəfər ölən sərnişinlərin cəsədlərini yemək məcburiyyətində qalaraq, sağ qalmağa çalışır. Qəzadan sağ çıxan şəxslərdən biri isə bildirib ki, əsl qorxulu şey adamyeyənlik deyildi.

Milli.Az sfera.az-a istinadən bildirir ki, "Netflix"in bu yaxınlarda təqdim etdiyi "Qar qardaşlığı" filmi 1972-ci ildə Cənubi Amerikanın səhrasında baş vermiş faciəvi təyyarə qəzasından bəhs edir.

Bu təyyarə qəzasında Uruqvaydan olan həvəskar reqbi komandası da daxil olmaqla, göyərtəsində 45 nəfər olub.

Qəzadan sağ çıxan 16 nəfər sağ qalmaq üçün ölən sərnişinlərin cəsədlərini yemək məcburiyyətində qalıb.

Qəzadan sağ çıxanlardan biri Roberto Kanessa o zaman 19 yaşlı tibb tələbəsi olub.

Kanessa keçən cümə günü İngiltərədə "Sabahınız xeyir" proqramında da bildirib ki, kannibalizm onların qarşılaşdığı çətinliklərinin ən kiçik bir hissəsidir.

Dörd gün qarda basdırılmış vəziyyətdə qaldıqlarını deyən Kanessanın dediyinə görə, əsl qorxulusu qar uçqunu olub.

İndi ixtisasca uşaq kardioloqu olan Kanessa bu təcrübənin ona həyatın çətinliklərinin öhdəsindən gəlməyi öyrətdiyini bildirib.

Qeyd edək ki, bu məşum qəza sözügedən filmdən əvvəl də bir çox film, sənədli filmlər və kitablara mövzu olmuşdu.

Qəzadan sağ çıxan digər Nando Parrado "The Guardian"a bildirib ki, qəza nəticəsində 3 gün huşsuz qalıb, ailə üzvlərindən ikisi ölüb, bacısı isə ağır yaralanıb.

Parrado bacısının yanında qaldığını və qarı ağzı ilə əridib ona su verdiyini deyib.

Parradonun bacısı təəssüf ki, səkkiz gün sonra ölüb. Sağ qalanlar 22 dekabr 1972-ci ildə xilas edilib.

Kanessa qeyd edib ki, "Qar qardaşlığı" filminin bu təcrübəni təsvir etməsi hər kəs kimi onları da yenidən təsirləndirib. Film tamaşaçılara 50 il əvvəlki bu faciəli səyahət haqqında yeni məlumatlar əldə etməyə kömək edir.

Milli.Az


Etiketlər:  Məşhur təyyarə qəzasında sağ qalan sərnişinin Şok Etirafları film mövzusu oldu Dəhşətli hadisələr


RƏYLƏR