Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Britni Spirs "qara siyahıya" salındı - SƏBƏB

Britni Spirs

Tarix: 25 Yanvar 2024 22:46

Amerikalı müğənni Britni Spirs Los-Ancelesdə yerləşən "Four Seasons" otelinin "qara siyahı"sına salınıb.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

Nəşrin yazdığına görə, o, tez-tez hovuz kənarında çılpaq göründüyü üçün qonaqları narahat edib, həm də özünü qəribə apardığı üçün otelin ərazisinə girmək qadağan edilib. Otelin ulduzun malikanəsindən piyada məsafədə yerləşdiyi qeyd olunur. Spirs tez-tez "Four Seasons"a spa mərkəzinin xidmətlərindən istifadə etmək üçün gəlirmiş.

Maraqlıdır ki, müğənni otelin qara siyahısına ilk dəfə düşmür. Bir il əvvəl onun orada görünməsinə qadağa qoyulsa da, sonradan ifaçıya yenidən otelə baş çəkməyə və orada təklif olunan xidmətlərdən istifadə etməyə icazə verilib.

Bir müddət əvvəl müğənninin   kamera qarşısında rəqsi ona gözlənilməz diaqnozun qoyulmasına səbəb olub. Səhiyyə təşkilatının nümayəndələri Spirsin davranışının az bilinən akatiziya ilə əlaqəli olduğunu bildiriblər.

Milli.Az


Etiketlər:  Britni Spirs qara siyahıya salındı SƏBƏB


RƏYLƏR