Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“...Bojoviç bizi seksi futbol oynamağa məcbur edirdi” – Moskvadakı azərbaycanlı

“...Bojoviç bizi seksi futbol oynamağa məcbur edirdi” – Moskvadakı azərbaycanlı

Tarix: 26 Yanvar 2024 00:38

"Miodraq Bojoviçin "Neftçi"də baş məşqçi postuna keçməsinə, açığı, təəccübləndim.

Xeyli vaxtdır işsiz idi, bildiyimə görə, ailə problemlərinə görə işləmirdi".

Milli.Az xəbər verir ki, bu sözləri sportinfo.az-a açıqlamasında Rusiya mətbuatında işləyən azəbaycanlı jurnalist Anar İbrahimov deyib.

Əslən Qərbi Azərbaycandan olan, lakin Moskvada doğulan İbrahimov xeyli vaxtdır Rusiya mediasında çalışır. Lakin onun yerli futbolla maraqlanması uzun illər öncəyə, uşaq yaşlarına təsadüf edir.

"Legalbet" saytının xəbərlər şöbəsinə fəaliyyət göstəən Anar bu ölkədən Azərbaycana gələn məşqçi və futbolçuları yaxından tanıyır, onların nəyə qadir olduğunu bilir. O cümlədən Mioraq Bojoviçi:

"Neftçi"nin hədəfi hər zaman çempionluq olub. Gümüş və ya bürünc medallar onlar üçün uğursuzluq sayılır.

Bojoviç Rusiyada intensiv və maraqlı futbol oynadan məşqçi kimi xatırladır. Tomislav Duymoviç adlı keçmiş futbolçu var, "Amkar"da və "Dinamo"da Miodraqın rəhbərliyi altında oynayıb.

O, danışır ki, Bojoviç bizi seksi futbol oynamağa məcbur edirdi. Aqressiv, sürətli və hücum futbolunun tərəfdarıdır.

Tula "Arsenal"ından ayrılandan sonra ilyarım idi işsiz qalmışdı. Bu, mənə də qəribə gəlirdi.

Ümid edirəm ki, o, "Neftçi"ni, "Neftçi" də onu futbol səhnəsinə qaytaracaq. Fikrimcə, Rusiya Premyer Liqasında topladığı təcrübə ona Azərbaycanda kömək edəcək.

Ən böyük üstünlüyü yerli mühitə uyğunlaşmaq barədə çətinlik çəkməyəcəyidir. Rus dilini bilir, həm də sərəncamında yaxından tanıdığı Emin Mahmudov, Reziuan Mirzov kimi futbolçular var".

Milli.Az


Etiketlər:  Bojoviç bizi seksi futbol oynamağa məcbur edirdi Moskvadakı azərbaycanlı


RƏYLƏR