Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2024 06:26
ABŞ İraqdan qoşunlarını çıxarmaq tələbi almayıb və bu məsələni iki ölkənin hərbçiləri arasında elan edilən danışıqlarda müzakirə etməyi planlaşdırmır.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib.
"Biz İraq hökumətindən qoşunların çıxarılması ilə bağlı heç bir tələb almamışıq. Bu, ikitərəfli münasibətlərimiz baxımından İraqla birlikdə gələcəyimizin necə olacağını müəyyən etmək üçün yaradılmış işçi qrupdur", - Sinq qeyd edib.
Qeyd edək ki, ötən gün CNN ABŞ-ın İraqdan qoşunları çıxarmağa hazırlaşdığı ilə bağlı açıqlama yaymışdı.