Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ və Britaniya onlara qarşı birgə mübarizə aparacaq

ABŞ və Britaniya onlara qarşı birgə mübarizə aparacaq

Tarix: 26 Yanvar 2024 07:56

ABŞ və Böyük Britaniya Qırmızı dənizdəki hücumlara görə Husilərin 4 hərbi liderinə qarşı birgə sanksiya tətbiq etmək qərarına gəlib.

Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı ABŞ Dövlət Departamenti açıqlama yayıb.

Bildirilib ki, Qırmızı dənizdə hücumları davam edən Husilərin bəzi liderləri sanksiya siyahısına əlavə edilib.

Onların 4 hərbi rütbəlisini birgə sanksiya siyahısına salan iki ölkə husilərin hücumlarını dayandırmaq üçün koordinasiyalı şəkildə hərəkət etməyə davam edəcəklərini bəyan ediblər.

Xatırladaq ki, ABŞ administrasiyası bu yaxınlarda Husiləri yenidən xarici terror təşkilatları siyahısına saldığını açıqlamışdı.

Sözügedən qərar 16 fevral 2024-cü il tarixindən qüvvədə olacaq.


Etiketlər:  ABŞ Britaniya onlara qarşı birgə mübarizə aparacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ