Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni edam üsulu: İlk dəfə tətbiq edildi

Yeni edam üsulu: İlk dəfə tətbiq edildi

Tarix: 26 Yanvar 2024 20:32

ABŞ-də saf azotdan istifadə edilən edam həyata keçirilib. Bu, belə yolla ilk edam hadisəsidir.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə Alabama ştatının baş prokuroru Stiv Marşal məlumat verib.

1988-ci ildə həyat yoldaşını öldürməkdə təqsirli bilinən 58 yaşlı Kennet Smit Alabama ştatının Atmor şəhərində azotda boğularaq edam edilib.

İddiaya görə, məhkumun fizioloji xüsusiyyətləri səbəbindən əvvəllər istifadə olunmayan edam üsuluna əl atmalı olublar. 2022-ci ilin noyabrında standart öldürücü inyeksiyadan istifadə edərək Smiti edam etməyə cəhd ediblər, amma uyğun damar tapa bilməyiblər.

Edamı həyata keçirmək üçün Smitə xüsusi maska ​​taxılıb, bunun vasitəsilə saf azot buraxılıb.

Havanın 78 faizi azotdan ibarət olmasına baxmayaraq, saf azot ağciyərə daxil olduqda insan üçün həyati əhəmiyyət kəsb edən oksigeni sıxışdırır və bu, hipoksiyaya və ölümə səbəb olur. 2018-ci ildə Alabama ştatı öldürücü inyeksiyalarda istifadə olunan dərman çatışmazlığı səbəbindən saf azotun icrasına icazə verib. Bu edam üsulu Missisipi və Oklahomada da qanunidir, amma bu iki ştat bundan heç vaxt istifadə etməyib.

Alabama rəsmiləri deyirlər ki, bu, bütün dünya, o cümlədən bəzi Avropa ölkələrində istifadə edilən evtanaziya üsuluna bənzəyir, bu zaman insan tez və ağrısız huşunu itirir, sonra ürəyi dayanır.


Etiketlər:  Yeni edam üsulu İlk dəfə tətbiq edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ