Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oktyabrda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 384 vətəndaş müraciəti daxil olub

Oktyabrda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 384 vətəndaş müraciəti daxil olub

Tarix: 13 Noyabr 2019 12:09

Bakı. Trend:

2019-cu ilin oktyabr ayı ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ümumilikdə 384 müraciət daxil olub.

Agentlikdən Trend-ə verilən məlumata görə, onların 132-si ərizə, şikayət və təklif xarakterli olmaqla məktub, 252-si telefon vasitəsilə edilib. Daxil olan müraciətlərin 130-u müayinə, müalicə və cərrahi əməliyyatlar, 51-i əlillik məsələləri, 30-u işə qəbul və əmək münasibətləri, 13-ü ambulator dərman təminatı, 18-i tibbi xidmətlər üzrə ödənişlər və 27-si digər mövzuları əhatə edib. Telefon vasitəsilə daxil olan sorğu xarakterli müraciətlərin 115-i icbari tibbi sığortanın gələn ildən ölkə üzrə tətbiqi və sığortahaqları, bu sahəni tənzimləyən qanunvericiliklə bağlı olub. Müraciətlərin əksəriyyəti icbari tibbi sığortanın pilot layihə olaraq həyata keçirildiyi Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarının sakinləri tərəfindən edilib.

Bütün müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılıb. Agentliyin fəaliyyətinə aid olmayan müraciətlər isə baxılması üçün aidiyyəti üzrə digər təşkilatlara göndərilib.

Qəbul qrafikinə uyğun olaraq oktyabr ayında Agentliyin rəhbərliyi və vəzifəli şəxsləri tərəfindən 31 vətəndaş qəbul edilib. Qəbula gələn vətəndaşlar əsasən tibbi sərfin qarşılanması, ambulator dərman vasitələri və işlə təminat, əlillik dərəcəsinin təyin edilməsi, müayinə-müalicə, cərrahi əməliyyatlar və s. məsələlər ilə bağlı müraciət ediblər. Vətəndaşların müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb və onların həlli istiqamətində zəruri tapşırıqlar verilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Oktyabrda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə vətəndaş müraciəti daxil olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ