Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Anadangəlmə karlığı olan uşaqların eşitmə qabiliyyəti bu vasitə ilə bərpa olunacaq

Anadangəlmə karlığı olan uşaqların eşitmə qabiliyyəti bu vasitə ilə bərpa olunacaq

Tarix: 28 Yanvar 2024 11:33

Alimlər anadangəlmə karlıqdan əziyyət çəkən uşaqların eşitmə qabiliyyətini bərpa etmək üçün gen terapiyasından istifadə ediblər.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Tədqiqat Şanxaydakı (Çin) Fudan Universitetində aparılıb. Pasiyentlər OTOF (otoferlin) genindəki mutasiyaların səbəb olduğu otosomal resessiv karlığın spesifik formasından əziyyət çəkiblər. Bu gen səs siqnallarının qulaqdan beyinə ötürülməsi üçün zəruri olan eyniadlı zülalı kodlayır.

Terapiya üçün OTOF geninin işlək versiyasını daşıyan adeno-assosiativ virusdan (AAV) istifadə edilib. O, xüsusi cərrahi əməliyyatla xəstələrin qulaqlarına daxil edilib. Prosedur əvvəlcə siçanlar və insan olmayan primatlar üzərində sınaqdan keçirilib.


Etiketlər:  Anadangəlmə karlığı olan uşaqların eşitmə qabiliyyəti vasitə ilə bərpa olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ