Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mediamızın yeni janrı: iş əvəzinə danışmaq və deyinmək..

Mediamızın yeni janrı: iş əvəzinə danışmaq və deyinmək..

Tarix: 28 Yanvar 2024 22:42

"Mediada danışanlar və yazanlar çoxdur, konkret iş görənlərsə, heyhat, azdır".

Medianın İnkişafı Agentliyi konkret sahələrdəki bəlli problemlərin həlli ilə məşğuldur. Təbii ki, fəaliyyət ideal deyil, ola da bilməz. Belə iddia ilə çıxış etmək ölkəmizin mifik Hiperboreya olduğunu söyləmək qədər, sadəlövhlük olardı.

Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının seçilməsi də kütləvi informasiya vasitələrinin cəmiyyətdəki yerinin və çəkisinin artırılmasına yönəlmiş konkret, səbatlı addımdır.

Şurada təmsil olunanların hər biri cəmiyyətdə tanınan, həmkarları arasında dəyərləndirilən insanlardır.

Elçin Şıxlı təcrübəli jurnalist, usta söz və yazı ustası, çağdaş media şərtlərinə və mexanizmlərinə əla bələd olan şəxsdir.

Vüqar Zifəroğlu Azərbaycan jurnalistikasının nəzəriyyəçisi olmaqla yanaşı, praktiki, gəncləri yetişdirən müəllimidir.

Şəfəq Mehrəliyeva tanınmış media nəzəriyyəçisi, illərin sınağından peşəsini şərəflə keçirmiş ləyaqətli professionaldır.

Sevil Mikayılova peşəkar jurnalist, təcrübəli media strukturu rəhbəri olmaqla yanaşı, ölkəmizi müxtəlif beynəlxalq təşkilatlarda uğurla təmsil edən deputatdır.

Sadaladığımız insanlar sosial şəbəkələrdə fəallıq nümayiş etdirmirlər və bu, normaldır.

Çünki işlə məşğuldurlar - danışmaq və deyinməklə yox.

İş görənlə edilənləri görmək istəməyənlər arasında fərq budur.

Həmkarımız Məhəmmədəli Qəribli, əfsuslar olsun, Medianın İnkişaf Agentliyinin Müşahidə Şurasında yer almış 5 nəfər barədə Feysbuk profilində yazıb ki, "bu 5 nəfərdən heç biri gələcək fəaliyyətləri ilə bağlı, nələrə prioritet verəcəkləri haqda bir kəlmə də olsun proqram xarakterli  nəsə yazmadılar. Deyəsən, bunların da işi ya kimlərəsə başsağlığı vermək, ya təbrik etmək, ən yaxşı halda isə təbriklərə cavab vermək olacaq".

Həddən ziyadə yanlış mövqedir.

Eynən Kamran Həsənlinin İTV-də ölkə telekanallarını şou-biznesə ifrat yer yerməkdə ittiham etməsi kimi. Halbuki illəri uzunu televiziyada işləmiş K.Həsənli məhz studiyanıi toyxanaya döndərmək "stilistika"sının banisi sayıla bilər.

Məhəmmədəli Qəribli mediamızda yeni konsepsiyanın, yeni yanaşmanın vacibliyindən bəhs edir.

Telekanallarda və ənənəvi, habelə rəqəmsal mediada problemlərin həllini  istəyirsiniz? Buyurun, Kamran Həsənli ilə birlikdə strateji konsepsiyanı ərsəyə gətirin, paylaşın, ictimaiyyətin müzakirəsinə çıxarın.

Tənqid etmək, ittihamlar irəli sürmək normaldır. Fəqət, tənqidin müəllifləri o kəslər olmalıdır ki, intellektləri, gördükləri iş nümunələri, fəaliyyətləri ilə fərqlənsinlər.

Ən əsası, tənqid etdikləri insanlardan üstün olsunlar.

Bəhs etdiyimizin tam əksini müşahidə edirik.

Müşahidə Şurasının 5 üzvünün konseptual fəaliyyət planı və ya proqramla ayrı-ayrılıqda çıxış etmələrini tələb etmək doğru deyil, çünki həmin insanlar bəhs olunan vəzifələrində fəaliyyətə yeni başlayıblar.

Hələ toplanmamış Şura və onun üzvləri barədə qabaqlayıcı mənfi açıqlamalarla çıxış etmək peşəkarlıq nümunəsi yox, ehtimal və təxminlər janrıdır.

Milli.Az


Etiketlər:  Mediamızın yeni janrı əvəzinə danışmaq deyinmək


RƏYLƏR