Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Neftçi" ciddi itki ilə üzləşdi

Tarix: 29 Yanvar 2024 06:30

Misli Premyer Liqasının 20-ci turunda bu gün "Qəbələ" ilə qarşılaşacaq "Neftçi" ciddi itki ilə üzləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Oyundan əvvəl keçirilən məşqdə komandanın əsas qapıçısı İvan Brkiç zədələnib.

Əzələsi dartılan xorvatiyalı qolkiper bugünkü görüşü buraxmalı olacaq. Start heyətdə meydana gənc qapıçı Rza Cəfərov çıxacaq.

Qeyd edək ki, "Nefçi" Arena"da keçiriləcək "Neftçi" - "Qəbələ" oyunu saat 17:30-da başlayacaq.

Milli.Az


Etiketlər:  Neftçi ciddi itki ilə üzləşdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ