Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xəstəxanaya yerləşdirilən Ostindən yeni xəbər

Xəstəxanaya yerləşdirilən Ostindən yeni xəbər

Tarix: 29 Yanvar 2024 20:46

ABŞ-ın müdafiə naziri Lloyd Ostin xəstəxanada müalicəsini başa vurub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Pentaqondan məlumat verilib.

"Müdafiə naziri Lloyd Ostin bu gün Pentaqona qayıdıb. Nazir yanvarın 15-də Uolter Rid Milli Tibb Mərkəzindən buraxıldıqdan sonra öz vəzifələrini evdən yerinə yetirirdi", - məlumatda vurğulanıb.

Qeyd edək ki, yanvarın 1-də Uolter Rid Milli Tibb Mərkəzinə yerləşdirilmiş ABŞ-ın müdafiə naziri bir neçə gün sonra evə buraxılmışdı.

Ostinin prostat xərçəngindən müalicə aldığı bildirilir.

Milli.Az


Etiketlər:  Xəstəxanaya yerləşdirilən Ostindən yeni xəbər


RƏYLƏR