Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İslam İnkişaf Bankı ilə anlaşma memorandumu imzalandı

İslam İnkişaf Bankı ilə anlaşma memorandumu imzalandı

Tarix: 30 Yanvar 2024 16:36

İslam İnkişaf Bankının prezidenti cənab Məhəmməd Süleyman Əl-Casir ilə videokonfrans formatında keçirdiyimiz görüşdə "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İslam İnkişaf Bankı arasında Azərbaycan üçün Ölkə üzrə Əməkdaşlıq Çərçivəsinin hazırlanmasına dair anlaşma memorandumu"nu imzaladıq.

Milli.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Sənədin icrası tərəflər arasında əməkdaşlığın və ölkəmizin sosial-iqtisadi inkişaf hədəfləri istiqamətində birgə fəaliyyətin gücləndirilməsinə töhfə verəcək. Həmçinin görüşdə Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirinin gündəliyində yer alan məsələlər ətrafında fikir mübadiləsi apardıq", - nazir qeyd edib.

Milli.Az


Etiketlər:  İslam İnkişaf Bankı ilə anlaşma memorandumu imzalandı


RƏYLƏR