Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2024 07:15
Əllərdə həddindən artıq tərləmə tibdə "hiperhidroz" adlanır.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, gündəlik həyatı çətinləşdirən əl tərləməsindən xilas olmaq istəyənlər cərrahi üsullara əl atırlar.
Ancaq bunu təbii yolla da həll etmək mümkündür.
Həddindən artıq tərləmə adətən stress, həyəcan, isti hava, ədviyyatlı yeməklər və ya kofeinin təsirindən yarana bilir.
Tərli əllərə xına xeyirlidir.
Əllərinizə mütəmadi olaraq xına çəkmək həddindən artıq tərləmənin qarşısını ala bilər.
Xüsusilə bir az xınaya bir az sirkə qatsanız əl və ayaqlarınızın həddindən artıq tərləməsinin qarşısı alınacaq.